Sumqayıtda Vətən Müharibəsi şəhidi Cavid Mirzəyevin adını daşıyan küçəyə asfalt örtüyü çəkilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Sumqayıt Bələdiyyəsi məlumat yayıb.
Yaşma yaşayış massivində yerləşən küçədə hazırda intensiv şəkildə texnika və canlı qüvvə çalışır. Yolun yenidən qurulması ilə bağlı işlər planlı şəkildə icra olunur. Küçənin uzunluğu 500 metr, eni isə 4 metrdir. Artıq lazımi material əraziyə gətirilib və döşənməsinə başlanılıb.