Sumqayıtda kommunikasiya xətlərinin yenilənməsi işləri həyata keçirilir.
Sumqayıt24 Şəhər İcra hakimiyyətinə istinadən xəbər verir ki, hazırda təmir-bərpa işləri Zülfi Hacıyev küçəsində və Heydər Əliyev Parkı ərazisində aparılır. Su və kanalizasiya boruları yeniləri ilə əvəz olunur.
Şəhər rəhbəri Zakir Fərəcov aparılan işlərlə yerindəcə tanış olub, prosesin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.