Tanınmış həkim Məhyəddin Aydəmirovun avtobusda öldüyü məlum olub.
Qafqazinfo.az-ın məlumatına görə, hadisə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb. 53 saylı xətt avtobusunda sərnişin qismində əyləşən 69 yaşlı cərrah qəfildən vəfat edib. Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib. M.Aydəmirovun infarktdan həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, mərhum uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt səhiyyəsinə ağır itki üz verib.
Yenisabah.az-ın məlumatına görə, tanınmış uşaq cərrahı Məhyəddin Məhəmməd oğlu Aydəmirov dünyasını dəyişib. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında cərrah kimi çalışıb.
Allah rəhmət eləsin!