Sumqayıtda yollar qardan təmizlənir. Bu haqda 9 yanvar tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar təmizlik işlərinə cəlb edilib. Küçə və prospektlərə qum-duz qarışığı səpilib.
Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Avtomobillərin hərəkəti üçün ciddi problem müşahidə olunmur. [modula id="29967"]