Sumqayıtda küçə işıqlandırılmır.
Sumqayit24.az-a müraciət edən yerli sakinlər bildiriblər ki, şəhərin Çerkassı küçəsinin 12-ci mikrorayon ilə 49-cu məhəlləsi arasında yerləşən hissəsində işıq dirəkləri axşam saatlarında ərazini işıqlandırmır. Şikayətçilərin sözlərinə görə, bu vəziyyət artıq bir neçə gündür davam edir və gecə saatlarında küçədə tam qaranlıq hökm sürür.