Nizami və Polad Həşimov küçələrinin kəsişməsində tez-tez qəzaların baş verməsi narahatlıq doğurur. Bu barədə sakinlər Sumqayıt24-ə məlumat veriblər.
Görüntülərdə göründüyü kimi, işıqforun önünü ağac bağlayır. Bu səbəbdən sürücülər onu uzaqdan görə bilmirlər. Nəticədə, məhz burada mütəmadi olaraq yol-nəqliyyat hadisələri baş verir.
“Ağacın arxasında baş yol nişanı quraşdırılıb. Yalnız yolayrıcına çatanda artıq işıqfor görsənir. Üstünlük nişanı adamı arxayınlaşdırır. Buna görə də qəzalar olur. Yaxşı olar ki, işıqforun işıqları üfüqi formada da quraşdırılsın”, - deyə müraciətdə deyilir.