Sumqayıtda savadlı şagirdlərin uğurları davam etməkdədir.
Sumqayit24.az-a daxil olan məlumata görə, Sumqayıt şəhər Təfəkkür liseyinin 5-ci sinif şagirdi Ramal Həsənli və Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin 5-ci sinif şagirdi Ayxan Şəkərəliyev də respublika üzrə keçirilən "Pifaqor" riyaziyyat olimpiadasında iştirak edənlər sırasındadırlar.
Uğurlu çıxışı ilə seçilən məktəblilər 100/100 nəticə göstərərək birinci yerə layiq görülüblər.
Qızıl medal qazanan Ramal və Ayxanı təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq!