Saray-Novxanı yolu bağlanıb. Sumqayıt24 bu haqda 20 iyul tarixində Den.az-a istinadən xəbər verir.
Saray və Novxanı qəsəbələrini birləşdirən avtomobil yolunda “Azərsu” ASC təmir işləri aparır. Ərazidə bildiriş lövhələri quraşdırılıb, gediş-gəliş dayandırılıb.
Məlumata görə, işlər qısa zamanda başa çatdırılacaq və avtomobillərin hərəkəti bərpa ediləcək.