Bakı-Quba-Rusiya Federasiyası magistral yolunun “Vaz dairəsi” adlanan hissəsindən “Sumqayıt dairəsi” adlanan hissəsinədək rənglənmə işləri həyata keçirilir. Bu haqda 7 iyul tarixində Sumqayıt24 AAYDA-ya istinadən xəbər verir.
Magistral yolun hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən boyanması işləri aparılır. Xətlərin yenilənməsi bir neçə gün davam edəcək.
AAYDA sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini xahiş edir.