Sumqayıtda işıqlandırma infrastrukturunun optimallaşdırılması istiqamətində işlər davam edir.
Sumqayıt24 xəbər verir ki, təmir-bərpa işləri şəhərin Xəzər bağları yaşayış massivində aparılır. Ərazidəki Suqovuşan küçəsi yüksək keyfiyyətli küçə işıqları ilə təmin edilir.
Qeyd edək ki, təmir-yenidənqurma işləri Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilir.