Sumqayıtda küçə asfaltlanır. Sumqayıt24 bu haqda 5 dekabr tarixində xəbər verir.
Xəzər bağlarındakı Lütfiyar İmanov küçəsi pis vəziyyətdə idi. Yol boyunca böyük çalalar yaranmışdı. Buna görə piyada və sürücülərin hərəkəti çətinləşmişdi.
Sumqayıt Bələdiyyəsi tərəfindən bütün nahamarlıqlar aradan qaldırılıb. Yola yeni asfalt örtüyü döşənib.