top
Sumqayıtdakı güzəştli mənzillər bazara təsir edəcəkmi?
01 noyabr 2025, 11:00
- ↺ +

Sumqayıtdakı güzəştli mənzillər "bazara" təsir edəcəkmi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi sosial mənzil layihələri çərçivəsində bir neçə şəhərdə, o cümlədən Sumqayıt Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı keçiriləcək. Satış prosesi 9 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il saat 11:00-da başa çatacaq.

Mənzillərin seçimi "Elektron hökumət" portalı üzərindən fəaliyyət göstərən "Güzəştli Mənzil" sistemi vasitəsilə həyata keçiriləcək. Bu müddət ərzində güzəştli mənzil almaq hüququ olan vətəndaşlar sistemə daxil olaraq seçim edə biləcəklər.

Layihə çərçivəsində inşa edilən yaşayış kompleksləri müasir standartlara uyğun qurulub, sosial infrastruktur, istirahət zonaları və abadlıq işləri ilə təmin olunub. Bu təşəbbüs vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial rifahın artırılmasına yönəlib.

Bəs, Sumqayıt Yaşayış Kompleksində və digər şəhərlərdə satışa çıxarılan mənzillər daşınmaz əmlak bazarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Trend.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, MİDA tərəfindən satışa çıxarılan mənzillərin daşınmaz əmlak bazarına, xüsusilə də mənzil bazarına ciddi təsiri gözlənilmir.

Ekspert qeyd edib ki, bu mənzillərin sayı ümumi bazarla müqayisədə çox azdır və bazar dövriyyəsinin hətta 1 faizini belə təşkil etmir:

"Ona görə də qiymətlərə və ümumi bazar göstəricilərinə əhəmiyyətli təsir göstərməsi real deyil. Bu mənzillər ən azı üç ildən əvvəl bazar dövriyyəsinə qayıda bilməz, çünki alıcılar onları kreditlə alır və öhdəliklər bitmədən satış mümkün olmur. Yalnız müqavilə tam başa çatdıqdan sonra bu mənzillər bazara çıxa bilər".

Ramil Osmanlının fikrincə, hətta bu mənzillər üç ildən sonra bazara qaytarılsa belə, onlar artıq dövlət güzəştləri olmadan, mülkiyyətçilər tərəfindən bazar qiymətləri ilə satılacaq:

"Bu səbəbdən hesab edirəm ki, həmin satışların ümumi mənzil bazarına qiymət baxımından təsiri gözlənilmir".

Digər əmlak eksperti Elnur Azadov isə bildirib ki, bu satışlar ümumi bazar dövriyyəsi ilə müqayisədə çox kiçik həcmdədir:

"Üstəlik, tələbat yüksək olduğuna görə mənzillər qısa müddətdə satılır. Bu vəziyyət əsasən Bakı, Abşeron və Gəncə üçün xarakterikdir".

Ekspert əlavə edib ki, regionlarda vəziyyət bir qədər fərqlidir – orada bu tip mənzillərə maraq aşağı olur:

"Regionlarda qiymətlər daha münasib olduğuna görə, alıcılar ipoteka ilə mənzil almaqdansa, torpaq sahəsi alıb öz evlərini mərhələli şəkildə tikməyə üstünlük verirlər. Bu üsul həm daha rahat, həm də maliyyə baxımından daha sərfəlidir".

Beləliklə, mütəxəssislərin fikrincə, güzəştli mənzillər sosial baxımdan mühüm təşəbbüs olsa da, ümumi mənzil bazarında qiymət dəyişikliklərinə səbəb olmayacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:56

Ceyranbatanda zəhərlənmə ilə bağlı məktəbdən açıqlama

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Bu gün, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Bu gün, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Bu gün, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Bu gün, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Bu gün, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Dünən, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Oxşar xəbərlər