“Sumqayıt” FK AFFA İntizam Komitəsinin qərarı əsasında cərimələnib. Bu barədə 26 avqust tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər veririk.
Komandamızın 5 futbolçusu Misli Premyer Liqasının 2-ci turunun oyununda sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat məbləğində cərimə olunub. Xatırladaq ki, matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdır.