FİFA milli komandaların yeni reytinqini açıqlayıb.
Sumqayit24.az xəbər verir ki, aprel ayının reytinqinə əsasən, Azərbaycan millisi 1150,64 xalla 119-cu yerdə qərarlaşıb. Yığmamız əvvəlki sıralama ilə müqayisədə 2 pillə geriləyib.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də Haiti və 25-də Belarus yığmaları ilə yoldaşlıq oyunları keçirib. Təmsilçimiz hər iki matçı uduzub. Haitiyə qarşı qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.