“Sumqayıt” basketbol klubu Xaçmaz təmsilçisini qəbul edib. Bu haqda 13 yanvar tarixixndə Sumqayıt24 xəbər verir.
Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. Azərbaycan Basketbol Liqasının 10-cu turunun oyununda çempionatın liderlərindən olan “NTD-İndiqo” komandası təmsilçimizi 104:95 hesabı ilə məğlub edib.
Ən məhsuldar basketbolçular “Sumqayıt”dan Smit Roderik (21 xal, 13 ribaund), “NTD-İndiqo”dan isə Qriffin Remmi (23 xal, 14 asist) olublar.