“Sumqayıt” basketbol klubu paytaxt təmsilçisi ilə qarşılaşıb. Bu haqda 3 fevral tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Basketbol Liqasında XIII turun oyunu "Sərhədçi" İdman Mərkəzində keçirilib. “Gənclik şəhəri” təmsilçisi "Neftçi"yə 96:113 hesabı ilə məğlub olub.
"Sumqayıt"dan ən məhsuldar basketbolçu Lenard Dikson (29 xal, 6 ribaund) olub.