Sumqayıtlı boksçu beynəlxalq turnirdə yarımfinalda iştirak etmək hüququ qazanıb. Sumqayıt24 bu barədə 17 sentyabr tarixində Boks Federasiyasına istinadən xəbər verir.
Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında keçirilən yarışın 1/4 final döyüşləri başa çatıb. Millimizin tərkibində çıxış edən Kənan Babayev (48 kq) Hindistanlı rəqibi Tali Taba üzərində inamlı qələbə qazanıb. Babayev finala vəsiqə uğrunda qazaxıstanlı Uslam Seksenbayevlə üz-üzə gələcək.
21 ölkədən 189 idmançının qüvvəsini sınadığı yarışda qaliblər sentyabrın 18-də müəyyənləşəcək.