Sumqayıt cüdoçusu “Böyük Dəbilqə” turnirini medalsız başa vurub. Sumqayıt24 bu haqda 3 may tarixində xəbər verir.
Yarış Tacikistanın paytaxı Düşənbədə keçirilib. Turnirin ilk günündə Azərbaycanın 5 idmançısı tatami üzərinə çıxıb. Həmşəhərlimiz Gültac Məmmədəliyeva ilə yanaşı, Leyla Əliyeva, Aydan Vəliyeva, Açeliya Toprak və Fidan Əlizadə də uğursuz çıxış ediblər.