Sumqayıt idmançısı Bakı Böyük Dəbilqə turnirində iştirak edə bilməyəcək. Bu haqda 21 sentyabr tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən Bakı Böyük Dəbilqə turniri 22-24 sentyabrda keçiriləcək. Yarışda iştirak etməli olan cüdoçumuz Kamran Süleymanov (66 kq) zədəli olduğuna görə milli yığmanın tibbi heyətinin qərarına əsasən, turnirə qatıla bilməyəcək.
Turnir Milli Gimnastika Arenasında baş tutacaq. Üç gün davam edəcək birincilikdə 64 ölkədən 479 cüdoçu medallar uğrunda mübarizə aparacaq.