“Sumqayıt” futbol klubu azarkeşlərə görə cərimələnib.
Sumqayit24.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Misli Premyer Liqasının 29-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Belə ki, “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda qonaq azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “kimyaçılar” 1000 manat cərimə edilib.