Sumqayıt cüdoçusu beynəlxalq turnirdə çıxış edəcək. Bu haqda 3 oktyabr tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Portuqaliyanın Odivelas şəhərində 4-8 oktyabr tarixlərində cüdo üzrə dünya çempionatı keçiriləcək. Milli komandanın tərkibində yer alan Ömər Rəcəbli 81 kq çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.