Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri uğur qazanıblar. Bu haqda 26 fevral tarixində Sumqayıt24 xəbər verir.
Masallı şəhərində gənc taekvondoçular arasında Azərbaycan Kuboku keçirilib. Yarışda iştirak edən taekvondo idman növü üzrə məşqçi Vurğun Cəfərovun tələbələri Sehri Cəlalova 1-ci yerə, Akşin Kazımzadə və Bayram Aslanov isə 3-cü yerə layiq görülüblər.
İdmançılar diplom və medalla təltif olunublar.