“Sumqayıt”dan daha bir futbolçu ayrılıb. Sumqayıt24 bu haqda 28 iyul tarixində klubun səhifəsinə istinadən xəbər verir.
Azərbaycan millisinin də üzvü olan Höccət Haqverdi İranın "Traktor" komandasına transfer olunub. 29 yaşlı müdafiəçi ilə bağlanılan müqavilənin müddəti məlum deyil.
Qeyd edək ki, Höccət Haqverdi 2021-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, Azərbaycan yığmasında 13 matça çıxıb.