Sumqayıt güləşçisi II Türk Dövlətləri Universiadasında fərqlənib. Bu haqda 10 noyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Qazaxıstanda keçirilən beynəlxalq turnirdə milli yığma komandanın tərkibində çıxış edən yunan-Roma güləşçimiz Fərid Xəlilov gümüş medal qazanıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.
Qeyd edək ki, idmançının məşqçisi Sədi Quliyevdır.