Sumqayıt idmançısı Avropa birinciliyində uğurla çıxış edib. Bu haqda 15 aprel tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Xorvatiyanın Poreç şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Yığmanın tərkibində çıxış edən boksçumuz Ömər Aslanlı (54 kq) qızıl medal qazanıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rüfət Aslanovdur.