Sumqayıt idmançısı stolüstü tennis üzrə beynəlxalq turnirdə iştirak edəcək. Sumqayıt24 bu barədə 13 oktyabr tarixində Tennis Federasiyasına istinadən xəbər verir.
Seçmə komandamızın tərkibində olan məşqçi Rza Mirzəyev və idmançı Arzu Aslanova ölkəmizi beynəlxalq yarışda təmsil edəcəklər.
Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turniri Pavlodar şəhərində təşkil olunacaq. Yarış oktyabrın 15-də start götürəcək və 3 gün davam edəcək.