Sumqayıtlı şahmatçılar dünya çempionatına qatılırlar. Sumqayıt24 bu haqda 26 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Rapid və blits növləri üzrə birincilik bu gün Qazaxıstanın Almatı şəhərində start götürəcək. Kişilərin yarışında qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli də mübarizə aparacaqlar.
Qeyd edək ki, ilk gündə rapid növündə 5 tur oynanılacaq. Dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrosmeyster (155 kişi, 103 qadın) yarışır.