Karate üzrə Sumqayıt birinciliyi başa çatıb. Bu barədə 4 oktyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
27 Sentyabr - Anım gününə həsr edilmiş milli karate (WKF) üzrə turnir Paralimpiya İdman Kompleksində baş tutub. Yarış uşaq, yeniyetmə və gənclər arasında təşkil olunub. Açılış mərasimində şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış ediblər. Onlar Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin keçdiyi şərəfli və qürurlu döyüş yolundan danışıblar.
Maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin qalib və mükafatçılarına Fəxri fərmanlar, medallar və hədiyyələr təqdim olunub.