“Sumqayıt” futbol klubu Misli Premyer Liqasının 6-cı turunun oyununu keçirib. Sumqayıt24 bu barədə 12 sentyabr tarixində kluba istinadən xəbər verir.
Matç “Kapital Bank Arena”da baş tutub. Komandamız “Şamaxı” futbol klubu ilə 1:1 hesablı heç-heçə edib. Görüşün 3-cü dəqiqəsində Almir Aqanspahiç hesabı açıb. 45-ci dəqiqədə isə qonaqlardan Bahadur Həziyev fərqlənərək bərabərliyi bərpa edib.