Sumqayıt cüdoçusu beynəlxalq turnirdə iştirak edə bilməyəcək. Bu haqda 14 may tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Birləşmiş Ərəb Əmirlikləri 19-24 may tarixlərində cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışda iştirak etməli olan idmançımız Gültac Məmmədəliyeva zədəli olduğuna görə milli yığmanın tibbi heyətinin qərarına əsasən, yarışa qatılmayacaq.