Qadınlardan ibarət “Sumqayıt” voleybol klubu növbəti oyununa hazırlaşır. Bu haqda 8 mart tarixində Sumqayıt24 xəbər verir.
16 yaşadək (U-16) voleybolçu qızların birinciliyi çərçivəsində təmsilçimiz “Azerrail-3” komandası ilə qarşılaşacaq. Görüş martın 9-da saat 11:30-da Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.