“Sumqayıt”ın xanımlardan ibarət komandası rəqibi darmadağın edib. Sumqayıt24 bu barədə 8 aprel tarixində xəbər verir.
Yüksək Qızlar Liqasında 13-cü turun oyunları keçirilib. "Kapital Bank Arena"nın ehtiyat meydançasında təmsilçimiz Xaçmazın "İnter"ini qəbul edib. “Sumqayıt” 18:0 hesabı ilə qələbə çalıb.
Qollar: Aybəniz Əsgərzadə (6), Şəfəq Nəsirova (3), Lamiyə Əlizadə (2), Rövşanə Sərdarlı (2), Fatmanur Şenses, Nübar Eminova, Alina Nəhmədova, Bənövşə Əsədzadə, avtoqol.