Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov "Vüqar Həşimov Memorial-2023" superturnirində iştirak edəcək. Bu haqda 22 noyabr tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə ümumilikdə 10 şahmatçı (5 azərbaycanlı, 5 əcnəbi) qatılacaq. Bunlar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı, Santoş Vidit (Hindistan), Riçard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Geifanddır (İsrail).
Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-də Qəbələdə keçiriləcək.