“Sumqayıt”ın baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.
Mütəxəssis “Fehervar”la oyun öncəsi bildirib:
"Öz meydançamızda oynayırıq. Ajiotaj gözləyirəm. İnanıram ki, azarkeşlər tribunaları dolduracaqlar. İnşallah, ümidləri doğrultmaq üçün meydançaya çıxacağıq. Baxmayaraq ki, ilk oyundur. İnanıram ki, bizi maraqlı matç gözləyir".
Qeyd edək ki, komandalar UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacaq. İlk matç 25 iyul saat 20:00-da Mehdi Hüseynzadə adına Stadionda keçiriləcək.