“Sumqayıt” futbol klubu Azərbaycan çempionatlarında 100-cü qələbəsini qazanıb. Bu haqda 25 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Səbail” qarşılaşması komandamız üçün əlamətdar olub. Samir Abasovun yetirmələri Azərbaycan çempionatlarında 100-cü qələbələrini qazanıblar.
Qeyd edək ki, “Sumqayıt” FK Premyer Liqada ilk qələbəsini 2011/2012-ci il mövsümünün 11-ci turunda qazanıb.