Kristian Velinovski adını "Sumqayıt" klubunun tarixinə yazdırıb. Sumqayıt24 bu haqda 16 sentyabr tarixində Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
24 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi "kimyaçılar"ın heyətində Premyer Liqada meydana çıxan 200-cü oyunçu olub. O, komandasının "Zirə"yə 0:1 hesabı ilə uduzduqları 6-cı turun matçında iştirak edib.
Debütü 2011/12 mövsümündə gerçəkləşən və əvvəllər “Sumqayıt Şəhər” adını daşıyan klub cari çempionatın startına qədər 190 oyunçuya güvənib. Əvvəlki 5 turda 9 debütantın meydana çıxdığı “Sumqayıt” Velinovski ilə 200-ə çatıb.