AFFA İntizam Komitəsi “Sumqayıt” klubuna sanksiya tətbiq edib. Bu haqda 1 fevral tarixində Sumqayıt24 Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Cəza “Sumqayıt” – “Neftçi” matçında qeydə alınan qayda pozuntuları ilə əlaqədardır. “Kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibləri 700 manat cərimə olunub.
Oyun “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.