Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatına yollanır. Sumqayıt24 bu haqda 7 fevral tarixində xəbər verir.
Yarış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Yığmanın heyətində iki Sumqayıt idmançısı – Əli Şükürlü (102 kq) və Nazilə İsmayılova (45 kq) da mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa birinciliyi 12-20 fevral tarixləri aralığında keçiriləcək.