“Sumqayıt” basketbolçuları növbəti oyuna hazırlaşırlar. Sumqayıt24 bu haqda 23 yanvar tarixində xəbər verir.
Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun oyun cədvəli açıqlanıb. Şəhərimizin komandası 26 yanvar saat 19:30-da “Sərhədçi” PİK-nı qəbul edəcək.
Matç Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Oyunu YouTube platformasında canlı izləmək mümkündür.