Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin ilk oyun təqvimi açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, oyunlar iki gün davam edəcək. Reqlamentə əsasən, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.
“Sumqayıt” bu mərhələdə “Sərhədçi” ilə qarşılaşacaq. Oyun 11 aprel saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.