Sumqayıtda “Sağlam həyat” adlı idman tədbiri keçirilib. Bu barədə 23 sentyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Tədbir “Sumqayıt Bulvarı” ərazisində yerləşən açıq tipli idman qurğusunda təşkil olunub. Burada iştirak edən idmançılar şəhər sakinlərinə taekvondo idman növünün müxtəlif texnikalarını nümayiş etdiriblər.
Bu cür tədbirin keçirilməsində əsas məqsəd yeniyetmələrin və gənclərin idmana marağının artırılması, onların sağlam həyat tərzinə çağırışı və asudə vaxtlarının səmərəli təşkilidir.