“Sumqayıt” futbol klubu “Qəbələ” ilə üzləşəcək. Sumqayıt24 bu haqda 28 oktyabr tarixində xəbər verir.
Komandalar Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Kapital Bank Arena” stadionunda qarşılaşacaq. Matçın start fiti 29 oktyabr saat 16:00-da səslənəcək. Oyun “CBC Sport” telekanalında canlı yayımlanacaq.