Sumqayıtlı cüdoçu "Böyük Dəbilqə" turnirinə qoşulacaq.
Sumqayit24.az xəbər verir ki, yarış mayın 2-dən 4-dək Düşənbədə (Tacikistan) baş tutacaq. Kişilər kateqoriyasında keçiriləcək yarışda səkkiz Azərbaycan idmançısı iştirak edəcək.
Komandanın heyətində həmşəhərlimiz Süleyman Şükürov (81 kq) da mübarizə aparacaq.