“Sumqayıt” qış hazırlığı üçün Türkiyəyə yola düşüb. Bu haqda Sumqayıt24 yanvarın 6-da Futbolinfo-ya istinadən məlumat verir.
“Kimyaçılar” bu gün, yanvarın 6-da Antalyaya yollanıblar. Komanda yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” hotelində məskunlaşacaq.
“Sumqayıt” bu müddət ərzində 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 12-də Rumıniyanın “Hermanştadt”, 16-da isə Özbəkistanın “Soqdiana” klubları ilə qarşılaşacaq.