“Sumqayıt” futbol klubu şəhərə əliboş dönüb. Sumqayıt24 bu haqda 30 sentyabr tarixində xəbər verir.
Təmsilçimiz Premyer Liqanın 8-ci turunda "Qarabağ"ın qonağı olub. "Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.
Qolları 22 və 27-ci dəqiqədə Olavio Juninyo, 42-ci dəqiqədə penaltidən Toral Bayramov, 44-cü dəqiqədə Leandro Andrade vurub, nöqtəni isə 49-cu dəqiqədə Abdullah Zubir qoyub.
Hazırda "Sumqayıt” 8 xalla 7-ci sıradadır.