“Sumqayıt” klubu yeni transfer gerçəkləşdirib. Sumqayıt24 bu haqda 1 sentyabr tarixində xəbər verir.
“Kimyaçılar” çadlı forvard Kasimir Ninqa ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı futbolçu karyerası ərzində “Renessans” FK, “Manqasport”, “Monpelye”, “SM Kan”, “Anje SCO”, “Sivasspor” və “Anortosis” kimi klubların formasını geyinib.
“Sumqayıt” klubu Kasimir Ninqanın təqdimatını kreativ formada edib:
[video width="1080" height="1920" mp4="https://sumqayit24.az/storage/photos/2023/09/sumq-fk.mp4"][/video]