Ümumtəhsil müəssisələri arasında minifutbol üzrə yarış keçirilib. Sumqayıt24 bu haqda 29 mart tarixində xəbər verir.
Birincilik Abşeron–Xızı Regional Təhsil İdarəsi və Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilib. Burada 12 və 13 yaşlı oğlanlar mübarizə aparıblar.
Sumqayıt şəhər 27 nömrəli məktəbin komandası çempion olub. Qaliblər medal və diplomlara layiq görülüblər.