Dünya Qılıncoynatma Federasiyası beynəlxalq hakimlik imtahanı keçirib. Bu barədə 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Macarıstanın paytaxtı Budapeştdə baş tutan müsabiqədə Sumqayıt qılıncoynatma klubunun məşqçisi Cavanşir Ağakişiyev də uğur qazanıb. O, imtahanı müvəffəqiyyətlə başa vurduğu üçün beynəlxalq hakimlik dərəcəsinə layiq görülüb.
Qeyd edək ki, sözügedən klubda məşqlər pulsuzdur. 7-14 yaş arası oğlan və qızlar dəvətlidirlər. Əlavə məlumat üçün əlaqə vasitələri: