"Sumqayıt" klubu ilk yoxlama görüşünə çıxıb. Sumqayıt24 bu haqda 13 yanvar tarixində xəbər verir.
Klubumuz Türkiyədəki təlim-məşq toplanışında Rumıniyanın “Hermanştadt”ı ilə qarşılaşıb. "Fanatik Belek Sport Center"də keçirilən matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” ikinci yoxlama matçını yanvarın 16-da “Soqdiana”ya (Özbəkistan) qarşı keçirəcək.