Abşeron Olimpiya Kompleksində taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Bu barədə 26 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Yarış Azərbaycan Taekvondo Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. Medal qazanan Sumqayıt Taekvondo Mərkəzinin “Gömrükçü” komandasının üzvləri aşağıdakılardır:
- İlkin İslamov (+87 kq), kişilər arasında 3-cü;
- Zivər Tağıyeva (-53 kq), qadınlar arasında 3-cü;
- Sevinc Səfərova (+73 kq), qadınlar arasında 2-ci;
- Sabrina Kərimova (-59 kq), yeniyetmələr arasında 3-cü;
- Vüqar Həsənquliyev (-59 kq), gənclər arasında 2-ci yer.
Qeyd edək ki, məşqçi İsa İsayevin yetirmələri komandalar arasında ölkə birincisi olublar.